Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini Ç.İmanova küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən M.Dəmirli saxlanılmışdır

07.10.2021

Şəmkir RPŞ-yə sentyabrın 11-də saat 2 radələrində Sabirkənd kəndi ərazisindən kənd sakini Ç.İmanovun qapalı kəllə-beyin travması ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla sentyabrın 10-da saat 23 radələrində kənd ərazisində naməlum şəxsin münaqişə zəminində Ç.İmanovu küt alətlə vurub ona təpə sümüklərinin sınığı xəsarətini yetirməsi müəyyən edilmişdir.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Düyərli kənd sakini M.Dəmirli saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

07.10.2021 tarixinə olan kriminal məlumatlar