Şüvəlan qəsəbəsi ərazisindən “Khazar” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Qəzənfərov avtomobillə birgə Mərdəkan qəsəbəsi ərazisində saxlanılmışdır
07.10.2021Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən R.Rzazadə sentyabrın 20-də Şüvəlan qəsəbəsində yaşadığı küçədən “Khazar” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Qəzənfərov müəyyən edilərək avtomobillə birgə Mərdəkan qəsəbəsi ərazisində saxlanılmışdır.
Araşdırma aparılır.