Bakı şəhər sakini T.Rzayevdən şəxsi axtarış zamanı heroin və metamfetamin aşkar edilmiş, ona narkotik vasitəni satmaqda şübhəli bilinən Abşeron rayon sakini F.Rzayev də saxlanılmışdır
07.10.2021Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini T.Rzayevdən şəxsi axtarış zamanı heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Rzayev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan da heroin və metamfetamin götürülmüşdür.