Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonu ərazisindəki evlərin birindən ov tüfəngi oğurlamaqda şübhəli bilinən Q.Şərfaliyev saxlanılmışdır

07.10.2021

Qobustan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən “TOZ-34” markalı ov tüfəngi oğurlamaqda şübhəli bilinən Təklə Mirzəbaba kənd sakini, əvvəllər məhkum olunmuş Q.Şərfaliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən heroin, çantasına baxış zamanı isə tüfəng, patronlar və 100 qram marixuana aşkar edilərək götürülmüşdür.

07.10.2021 tarixinə olan kriminal məlumatlar