Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən şəhər sakini M.Paşayevdən heroin aşkar edilmiş, ona narkotik vasitəni satmaqda şübhəli bilinən E.İlyaszadə də saxlanılmışdır

07.10.2021

Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Paşayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini E.İlyaszadə də saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan da heroin aşkar edilmişdir. Ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi T.Məmmədova məxsus yardımçı təsərrüfata baxış zamanı isə oradan heroin, metamfetamin, metadon həbi və elektron tərəzi götürülmüşdür.

07.10.2021 tarixinə olan kriminal məlumatlar