Binəqədi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Ramazanov saxlanılmışdır
06.10.2021Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyaları, habelə B.Albabayevin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş E.Ramazanov saxlanılmışdır.