Əvvəllər məhkum olunmuş A.Şahşinovun yaşadığı Pirallahı qəsəbəsindəki evdən heroin, tramadol, metamfetamin və pregabalin aşkar edilərək götürülmüşdür
06.10.2021Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Şahşinovun yaşadığı Pirallahı qəsəbəsindəki evə baxış zamanı oradan 12 qrama yaxın heroin, tramadol, metamfetamin və pregabalin aşkar edilərək götürülmüşdür.