Abşeron rayonunun Digah qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə qəsəbə sakini E.Xanalıyev vurulmuşdur
04.10.2021Oktyabrın 4-də saat 8 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.