Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində idarə etdiyi avtomobillə Ağdaş rayon sakini S.Məmmədovanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü F.Mustafayev saxlanılmışdır

04.10.2021

Oktyabrın 2-də saat 2 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdaş rayon sakini S.Məmmədova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Mustafayev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

04.10.2021 tarixinə olan kriminal məlumatlar