Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə saxlanılmış Bakı şəhər sakini E.Mustafayevin digər cinayət əməlləri müəyyən edilmişdir

04.10.2021

Nizami RPİ 23-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Mustafayevdən heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 1 mağazadan 150 manat pul və 2000 manat dəyərində tütün məmulatı, 1 köşkdən 3000 manat dəyərində tütün məmulatı, 1 gözəllik salonundan isə 1100 manat dəyərində mobil telefon, səsgücləndirici və ətirlər oğurlaması da müəyyən edilmişdir.

04.10.2021 tarixinə olan kriminal məlumatlar