Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini Ə.Həkimov saxlanılmışdır
04.10.2021Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həkimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan heroin, tiryək, metamfetamin, marixuana və elektron tərəzi götürülmüşdür.