Qobustan şəhəri ərazisində “Daewoo” markalı avtomobil aşmışdır
28.09.2021Sentyabrın 28-də saat 20 radələrində Qobustan şəhəri ərazisində Şamaxı rayon sakini Samir Allahverdiyev idarə etdiyi “Daewoo” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.