Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən şəhər sakini X.Abdullayevdən və sərnişini R.Əbdülovdan heroin aşkar edilmişdir

28.09.2021

Daxil olmuş məlumat əsasında Siyəzən RPŞ və BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 27-də saat 23 radələrində BDYPİ-nin Zarat kəndi ərazisindəki postunda şəhər sakini X.Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılmışdır. Şəxsi axtarış zamanı X.Abdullayevdən və sərnişini, əvvəllər məhkum olunmuş R.Əbdülovdan heroin aşkar edilmişdir. Avtomobilə baxış zamanı isə heroin və 1 ədəd elektron tərəzi götürülmüşdür.

28.09.2021 tarixinə olan kriminal məlumatlar