Binəqədi rayon sakini A.Bayramovanın boynundan qızıl boyunbağını soyğunçuluq yolu ilə qoparıb qaçmaqda şübhəli bilinən N.Paşayev saxlanılmışdır
28.09.2021Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Biləcəri qəsəbəsi Binəqədi şossesində qəsəbə sakini A.Bayramovanın boynundan qızıl boyunbağını soyğunçuluq yolu ilə qoparıb qaçmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini N.Paşayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.