Koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
28.09.2021Sentyabrın 28-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan rayon sakini İ.İsmayılovun yaşadığı evi tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.