Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Z.Ələkbərovun mobil telefonunu açıq talama yolu ilə götürməkdə şübhəli bilinən Sabirabad rayon sakini H.Salahov saxlanılmışdır

25.09.2021

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Ələkbərov sentyabrın 25-də Moskva prospektində ona məxsus mağazaya gəlmiş bir nəfərin mobil telefonunu açıq talama yolu ilə götürüb qaçdığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Salahov müəyyən edilərək saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi cinayət işi başlanmışdır.

Araşdırma aparılır.