İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.09.2021Sentyabrın 24-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində rayon sakini Ramil İbrahimov idarə etdiyi “Opel” markalı avtomobillə inəyi vurmuş və dəmir dirəyə dəymişdir. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.