Salyan dəmir yolu stansiyası ərazisindən 200 kiloqram çəkidə naqili oğurlamağa cəhd göstərən S.Məmmədov və B.Quliyev saxlanılmışlar
24.09.2021Sentyabrın 24-də saat 4 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 200 kiloqram çəkidə naqili oğurlamağa cəhd göstərən Salyan şəhər sakinləri S.Məmmədov və B.Quliyev “Muravey” markalı motosikletə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.