Binəqədi rayonu ərazisində yerləşən “Binəqədi Oil” şirkətinə məxsus neft quyularından və traktordan borular və digər avadanlıqlar oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılmışdır
24.09.2021Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbəsi ərazisində yerləşən “Binəqədi Oil” şirkətinə məxsus neft quyularından, habelə şirkətə məxsus bir traktordan 21870 manat dəyərində borular və digər avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.