Sumqayıt şəhəri ərazisində üç avtomobildən və bir evdən oğurluq etməkdə şübhəli bilinən E.Əliyev saxlanılmışdır
24.09.2021Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində bir avtomobildən 100 manat dəyərində maqnitofon, 2 avtomobildən pul, bankomat kartı, yaddaş kartı, eynək və videoqeydiyyat qurğusu, 4 ədəd səsgücləndirici, bir evdən isə 2 ədəd mobil telefon, 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılmışdır.