Gəncə şəhər sakini R.Mustafaya qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər Sumqayıt şəhəri ərazisində saxlanılmışlar
19.09.2021Kəpəz RPİ-yə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirmişdir.
Polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar - R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılmışlar.
Araşdırma aparılır.