Soltan Ağayevin həyətyanı sahəsindən çətənə kolu, evindən isə 576,1 kq marixuana götürülmüşdür
10.09.2005Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Soltan Ağayevin həyətyanı sahəsindən, çəkisi 50,6 kq olan kultivasiya yolu ilə yetirilmiş 27 ədəd çətənə kolu, evindən isə 576,1 kq marixuana götürülmüşdür.