Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini S.Həsənzadənin “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakini İ.Nağıyev avtomobillə birgə saxlanılmşdır

13.09.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Həsənzadə sentyabrın 12-də “BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini İ.Nağıyev müəyyən edilərək sentyabrın 13-də avtomobillə birgə saxlanılmşdır.

Araşdırma aparılır.

13.09.2021 tarixinə olan kriminal məlumatlar