Salyan rayonunda 5 nəfəri aldadıb onlardan ümumilikdə 6250 manat almaqda şübhəli bilinən şəhər sakini V.Zeynalov saxlanılmışdır
13.09.2021Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayından sentyabr ayınadək olan müddətdə 5 nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.