Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2021Sentyabrın 11-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Ü.İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin sürücüyə bıçaqla xəsarət yetirəcəkləri ilə hədə-qorxu gəlib ondan pul tələb etmələri, pulu olmadığından hadisə yerinin tərk etmələri barədə 16-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakinləri A.Abbasov və əvvəllər məhkum olunmuş E.Əlizadə müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.