İmişli rayonunun Qaradonlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2021Sentyabrın 11-də saat 19 radələrində İmişli rayonunun Qaradonlu kəndi ərazisində İmişli şəhər sakini Müşfiq İsmayılov idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini olan qızı xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.