Ağsu rayonunun Muradlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2021Sentyabrın 11-də saat 19 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində Sumqayıt şəhər sakini E.Bağırov idarə etdiyi “VAZ-2112” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Asif Manafovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Ağsu RPŞ tərəfindən araşdırma aparılır.