Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gərəkli kənd sakini E.Mustafayevdən 144 qramdan artıq heroin götürülmüşdür
11.09.2021Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 144 qramdan artıq heroin götürülmüşdür.