Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10.09.2021Sentyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.