Paytaxt sakini E.Həsənov saxlanılmışdır
10.09.2021Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini E.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində yerləşən evlərdən birinin damından “Radioservis” və 32 metr naqil, “QAZel” markalı avtomobildən akkumulyator, maqnitofon və bir evə quraşdırılmış su sayğacını oğurlaması da müəyyən edilmişdir.