Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobil nasaz vəziyyətdə dayanmış “Tofaş” markalı avtomobilə çırpılmışdır
09.09.2021Sentyabrın 9-da saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qəhrəmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə nasaz vəziyyətdə dayanmış Əbülfət Ələsgərova məxsus “Tofaş” markalı avtomobili vurmuşdur. Nəticədə avtomobilin qarşısında dayanmış Ə.Ələsgərov hadisə yerində ölmüş, sərnişini E.Bayramova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.