Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Məmmədov saxlanılmışdır
09.09.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qram heroin, 11 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.