Abşeron rayonu ərazisində sərnişin avtobusunda Masazır qəsəbə sakini E.Salahovun cibindən pul oğurlamaqda şübhəli bilinən X.Qasımov saxlanılmışdır
09.09.2021Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Masazır qəsəbəsi ərazisində sərnişin avtobusunda qəsəbə sakini E.Salahovun cibindən 1237 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Qasımov saxlanılmışdır.