Quldurluğu etməkdə şübhəli bilinən Kürdəmir rayonunun Yenikənd kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılmışdır
08.09.2021Kürdəmir RPŞ-yə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girmiş bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.