Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
07.09.2021Sentyabrın 7-də saat 21 radələrində Şəki şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Oxud kənd sakini Vüqar Süleymanov vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, şəhər sakini, əvvəllər məhkum olunmuş X.Yusubov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.