Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini X.Quliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
07.09.2021Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Hüseynov sentyabrın 5-nə keçən gecə Tbilisi prospektindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini X.Quliyev müəyyən edilərək C.Məmmədquluzadə küçəsində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.