Oğurluq etdiyinə görə tutulmuş Ə.Cəfərovun digər cinayət əməlləri də müəyyən edilmişdir
07.09.2021Oğurluq etdiyinə görə tutulmuş Ə.Cəfərovun ətrafında Tovuz RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir evdən 2000 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları, bir evdən isə 400 manat dəyərində qızıl üzük oğurlaması da müəyyən edilmişdir.