Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini T.Xəlilova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini H.Ələkbərov saxlanılmışdır

06.09.2021

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Xəlilov sentyabrın 6-da Əhmədli küçəsində bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Ələkbərov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

06.09.2021 tarixinə olan kriminal məlumatlar