İmişli rayonunun Cəfərli kəndi ərazisində “VAZ-21015” markalı avtomobillə “İJ” markalı motosiklet toqquşmuşdur
06.09.2021Sentyabrın 6-da saat 21 radələrində İmişli rayonunun Cəfərli kəndi ərazisində Əliqullar kənd sakini T.Əhmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə həmkəndlisi Zamin Şiraslanovun idarə etdiyi “İJ” markalı motosiklet toqquşmuşdur. Nəticədə Z.Şiraslanovun sərnişini olan əmisi oğlu Kamil Şiraslanov hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.