Bakı şəhər sakini E.Mahmudova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Qafarov avtomobillə birgə saxlanılmışdır
06.09.2021Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mahmudov sentyabrın 6-da Buzovna qəsəbəsi R.İmanov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov həmin gün Binəqədi qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.