Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri F.Məmmədov, A.Cəfərov və Bakı şəhər sakini S.İbişov saxlanılmışlar
06.09.2021Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri F.Məmmədov, A.Cəfərov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.İbişov saxlanılmışlar. Şəxsi axtarış zamanı F.Məmmədovdan 7,694 qram, A.Cəfərovdan 6,547 qram, S.İbişovdan isə 9,105 qram metamfetamin aşkar edilərək götürülmüşdür.