Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Ə.Cəfərov saxlanılmışdır

06.09.2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Ə.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən  həmyerlisi F.Əzizov şəhər ərazisində idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Avtomobilə baxış zamanı isə 1,2 kiloqramdan artıq heroin, 2 kiloqramdan artıq marixuana, 10 qramdan artıq tiryək və metadon həbi götürülmüşdür.

06.09.2021 tarixinə olan kriminal məlumatlar