Masallı rayonunun Musaküçə kənd sakini Q.Bayramova məxsus həyətyanı sahədən 3 ədəd çətənə kolu, həyətindəki yardımçı təsərrüfatdan isə 370 qram marixuana götürülmüşdür
06.09.2021Masallı RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Musaküçə kənd sakini Q.Bayramova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, həyətindəki yardımçı təsərrüfatdan 370 qram marixuana aşkar edilərək götürülmüşdür.