Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini İ.Tağıyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

05.09.2021

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Tağıyev sentyabrın 5-də 3 nəfərin onu “Jeep” markalı avtomobilə oturdub bıçaqla hədələyərək 289 manat pulunu aldıqlarını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Mehdiyev, Bakı şəhər sakinləri H.Rəcəbov və Ə.Əliyev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

05.09.2021 tarixinə olan kriminal məlumatlar