Bakı şəhər sakini P.Mehdiyevi hədələyib qol saatını almaqda şübhəli bilinən bir qrup paytaxt sakini saxlanılmışlar
05.09.2021Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Mehdiyev sentyabrın 4-də F.X.Xoyski küçəsində 3 nəfərin onu hədələyib qol saatını aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakinləri İ.Baxşəliyev, R.Aqilov və İ.Şabanov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.