Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini N.Musayev saxlanılmışdır
05.09.2021Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş N.Musayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4,36 qram heroin və 2,72 qram metamfetamin aşkar edilərək götürülmüşdür.