Mingəçevir şəhər sakini İ.İsmayılovun idarə etdiyi avtomobildən metamfetamin aşkar edilərək götürülmüşdür
05.09.2021Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İ.İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılmışdır.
Avtomobilə baxış zamanı oradan metamfetamin, sərnişinləri şəhər sakinləri V.Butsıkinadan və əvvəllər məhkum olunmuş E.Cəfərovdan metamfetamin aşkar edilərək götürülmüşdür.