Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakinləri M.Xurşudov və E.Allahverdiyev saxlanılmışlar
05.09.2021Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri M.Xurşudov və əvvəllər məhkum olunmuş E.Allahverdiyev saxlanılmışlar. Şəxsi axtarış zamanı E.Allahverdiyevdən 410 qram, M.Xurşudovdan isə 405 qram marixuana aşkar edilərək götürülmüşdür.