Qusar rayon sakini E.Vəliyev tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almışdır
05.09.2021Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş E.Vəliyevin vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.