Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Shacman” markalı avtomobilin sürücüsü E.Babayev saxlanılmışdır

01.09.2021

Sentyabrın 1-də Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Əliyev vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür.

Bakı ŞBPİ və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Shacman” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini E.Babayev müəyyən edilərək saxlanılmışdır.

01.09.2021 tarixinə olan kriminal məlumatlar